Aşağı Saksoniyanın Göttingen şəhərindəki məscidə göndərilən məktubda hədələyici ifadələr yer alıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyanın Aşağı Saksoniya əyalətinin Göttingen şəhərində yerləşən Diyanət İşləri üzrə Türk-İslam Birliyi (DİTİB) Göttingen məscidinə təhdid məktubu göndərildiyi açıqlanıb.
Mayın 18-də poçtla göndərilən və svastika simvolu ilə "NSU 2.0" imzalanan məktubda deyilir: "Bütün İslamı öldürün. Artıq çox çəkməyəcək. Almanlar sizə göstərəcək", - yazılıb.
DİTİB Göttingen Məscid Dərnəyinin sədri Mehmet İbrahimbaş verdiyi yazılı açıqlamada hadisə barədə polisə məlumat verildiyi və cinayət işi açıldığını bildirib.
QAZİLER.AZ