Ukraynalı pilotların F-16 qırıcılarında təlimləri yaxın həftələrdə başlaya bilər.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Pentaqonun rəhbəri Lloyd Ostinin “Ramşteyn”in iclasındakı bəyanatına istinadən məlumat yayıb.
"Keçən həftə prezident Bayden bəyan etdi ki, ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla ukraynalı pilotlara dördüncü nəsil, o cümlədən F-16 təyyarələrində təlim keçmək üçün birgə səyləri dəstəkləyəcək. Ümid edirik ki, bu təlimlər yaxın həftələrdə başlayacaq". dedi.
Ostinin sözlərinə görə, təlimlər uzunmüddətli perspektivdə Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək və təkmilləşdirəcək. Bundan əlavə, bu, qısa və orta müddətli təhlükəsizlik müqavilələrini tamamlayacaq.
QAZİLER.AZ