Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak 106 ukraynalı hərbi əsirinin vətənə qayıtdığını açıqlayıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, o, “telegram” kanalında bütün döyüşçülərin Baxmut istiqamətindən geri qayıtdığını yazıb.
Rusiya Müdafiə Nazirliyi məlumatı şərh etməyib.
Yermakın sözlərinə görə, geri qaytarılanlar arasında 8 zabit və 98 çavuş və əsgər var. O, onların arasında itkin düşmüş hesab edilənlərin də olduğunu vurğulayıb. Yermak əlavə edib ki, bütün məhbusların evlərinə qaytarılması Ukrayna prezidenti tərəfindən prioritet məsələ kimi müəyyən edilib. Mübadilənin hansı şəraitdə baş verməsini Ukrayna liderinin ofisi bu barədə heç bir məlumat vermir.
Əsirlərin mübadiləsi zamanı uzaqdan çəkilən görüntülər teleqram kanalında yayımlanıb:
QAZİLER.AZ