“Ukrayna terror üsullarından istifadə edir, ona görə də onu terrorçu rejim adlandırmaq olar”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov birinci kanalın efirində bildirib. O vurğulayıb ki, ABŞ və Aİ ölkələri Kiyevə dəstək verməklə, terrorçuluğun işini dəstəkləyirlər.
"Belə çıxır ki, Kiyev rejimini de-fakto və de-yure dəstəkləməklə Vaşinqton, London, Paris, Berlin və Qərbin digər kollektiv paytaxtları terrorçu iş üsullarını dəstəkləyirlər”, - Kreml spikeri bildirib.
QAZİLER.AZ