Panamada dəniz tısbağalarına qanuni hüquqlar verildi

Panamada dəniz tısbağalarına qanuni hüquqlar verildi backend

Panamada dəniz tısbağalarının yaşamaq hüququnu təmin edən qanun qəbul edilib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qanun dəniz tısbağalarını iqlim dəyişikliyi, ovlanmaq, sahil tikintiləri və tənzimlənməmiş turizm kimi insan tərəfindən törədilən sağlamlıq problemlərindən qorumaq məqsədi daşıyır, eyni zamanda təmiz yaşayış sahəsinə hüquq verir.

Qanunun dəniz tısbağalarının yaşayış yerlərini məhv edən məsuliyyətsiz turizmin qarşısını alacağı, yerli və beynəlxalq ticarətdə tısbağaların və yumurtalarının istifadəsinin qadağan olduğu bildirilib.

Qeyd edək ki, Panama prezidenti Laurentino Kortizo Koen mart ayında dəniz tısbağalarının təbii yaşayış mühitində yaşamaq hüququnu təmin edən qanunu təsdiqləyib.

QAZİLER.AZ

Diaspora