Polşada 128 nəfərlik kütləvi məzarlıq tapıldı

Polşada 128 nəfərlik kütləvi məzarlıq tapıldı backend

Polşanın Vroslav şəhərində villanın bağçasında aparılan qazıntılar zamanı İkinci Dünya Müharibəsi dövrünə aid olan 128 nəfərlik kütləvi məzarlıq tapılıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Pomost Tarix və Arxeoloji Araşdırmalar Emalatxanası sözügedən ünvanda bəzi insanların dəfn oluna biləcəyinə dair bildiriş aldıqdan sonra ərazidə qazıntı işlərinə başlayıb.

Mart ayında başlayan qazıntılar zamanı villanın uzunluğu 100, eni 10 metr olan bağçada mütəxəssislər 128 nəfərin cəsədinin qalıqlarını aşkar ediblər. Tapılan qalıqların II Dünya Müharibəsinin son aylarında Qırmızı Ordunun Breslau şəhərinə qarşı həyata keçirdiyi Breslau mühasirəsində həlak olan Almaniya vətəndaşlarına aid olduğu müəyyən edilib. Tapılan qalıqların arasında 120-nin uşaq və yaşlıların da olduğu mülki şəxslərdir. Digər 8 nəfərin isə II Dünya Müharibəsinin sonlarına doğru Adolf Hitlerin əmri ilə almanlardan ibarət xalq-azadlıq ordusu “Volkssturm” ordusunun əsgərləri olduğu bildirilib. 

Villanın bağçasından çıxarılan qurbanların qalıqları sentyabr ayında keçiriləcək mərasimlə “Nadolice Wielkie”dəki Alman Döyüş Qəbiristanlığında dəfn ediləcəyi qeyd edilib.

QAZİLER.AZ

Diaspora