Ukraynadan Afrika ölkələrinə çağırış: Tərəfsizlikdən əl çəkin!

Ukraynadan Afrika ölkələrinə çağırış:  Tərəfsizlikdən əl çəkin! backend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Afrika ölkələrini Rusiya ilə davam edən müharibədə neytrallıqdan əl çəkməyə çağırıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Kuleba Efiopiyanın paytaxtı Əddis Əbəbədə rəsmi təmaslarından sonra verdiyi açıqlamada deyib. Çıxışı zamanı o, Rusiyanın Ukraynaya hücumuna qarşı Afrika ölkələrindən dəstək istəyib:

 "Qərəzsizlik həll yolu deyil. Rusiyanın Ukraynaya qarşı aqressiv davranışına qarşı tərəfsiz qalmaqla, yaxınlığınızda baş verə biləcək sərhəd pozuntularına və kollektiv cinayətlərə qarşı tərəfsizliyə işarə edirsiniz", - Kuleba bildirib.

Ukrayna və Afrika ölkələrinin bir-biri üçün əhəmiyyətli olduğunu vurğulayan Kuleba həm ölkəsinin, həm də Rusiyanın Afrika ölkələrinə əhəmiyyətli miqdarda taxıl təmin etdiyini xatırladıb.

Kulebanın Afrika turuna Efiopiya istisna olmaqla, Ruanda və Mərakeş daxildir.

QAZİLER.AZ