Rusiyanın nüvə silahları Belarusda saxlanacaq

Rusiyanın nüvə silahları Belarusda saxlanacaq backend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, görüşdə nazirlər Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokolu imzalayıblar.

"Belarus müdafiə naziri Viktor Hrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə ikitərəfli görüş keçirib. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb”, Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilib.

QAZİLER.AZ

Diaspora