Qlobal iqtisadiyyatda yaşanan sıxıntılar nəhəng texnologiya şirkətlərinə də təsirsiz ötüşmür.
Bu səbəbdən bir çox nəhəng şirkətlər işə qəbulu yavaşlatmaq siyasətini mənimsəyir.
Məsələn, “Apple” mümkün iqtisadi tənəzzüllə mübarizə aparmaq üçün bu il bəzi bölmələrdə işə götürmə və xərclərin artımını yavaşlatmağı planlaşdırır.
“WhatsApp”, “Instagram” və “Facebook”un daxil olduğu “Meta” bir müddətdir ki, xərcləri azaltmağa çalışır.
Daha əvvəl 15 minə yaxın işçisi ilə yollarını ayıran şirkət işdən çıxarmaların yeni dalğasına başlayır. Texnologiya nəhəngi indi daha 6 min işçisini ixtisar edəcək.
İşdən çıxarılmalar şirkətin 18 illik tarixində gerçəkləşən ilk irimiqyaslı kadr itkisi kimi qeydə alınıb.
İşini itirən ABŞ işçiləri 16 həftəlik işdən çıxma müavinəti və şirkətdə işlədikləri hər il üçün əlavə iki həftəlik təzminat alacaqlar.
QAZİLER.AZ