Süveyş kanalında daha bir gəmi ilişib qaldı - FOTO

Süveyş kanalında daha bir gəmi ilişib qaldı - FOTO backend

Dünyanın ən çox istifadə edilən su yollarından biri olan Misirin Suveyş kanalında daha bir gəmi ilişib qalıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, iki əvvəl Suveyş kanalında Tayvanın “EverGreen” nəhəng konteyner gəmisi torpağa ilişib qaldığı üçün ticarət yolu 7 gün bağlı qalmışdı.

Bu hadisə unudulmamışam, hər gün təxminən 50 gəminin keçdiyi kanalda növbəti hadisə yaşanıb. Belə ki, “Xin Hai Tong 23” adlı gəmi kanalda torpağa oturub.

Hazırda gəminin kanalda üzə bilməsi üçün torpaqdan çıxarma işləri davam edir.

Qeyd edək ki, Misir Süveyş kanalından hər il 5 ilə 6 milyard dollar arasında gəlir əldə edir.

QAZİLER.AZ

Diaspora