Alman kəşfiyyatı casus axtarır - gənclər iş təklifindən imtina edirlər - VİDEO

Alman kəşfiyyatı casus axtarır -  gənclər iş təklifindən imtina edirlər - VİDEO backend

Yaşlı və təcrübəli işçilərin təqaüdə çıxması Almaniyada kəşfiyyat xidmətini çətin vəziyyətə salıb.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl gənc casus namizədlərinin tələblərini qarşılamaqda və anlamaqda çətinlik çəkdiklərini bildirib.

Bu barədə “Reuters”ə danışan Kahl müsahibəyə dəvət edilən gənc namizədlərin xüsusilə evdən işləməyi tələb etdiklərini, lakin kəşfiyyat xidmətinin bu imkanı təmin edəcək vəziyyətdə olmadığını bildirib.

Bundan başqa, kəşfiyyat işçilərindən şəxsi mobil telefonlarından istifadə etmələrinə icazə verilmədiyini bildirən Kahl, bunun gənc iş axtaranlara çətin gəldiyini deyib.

QAZİLER.AZ

Diaspora