İlon Mask xəyalındakı ABŞ prezidentini açıqlayıb

İlon Mask xəyalındakı ABŞ prezidentini açıqlayıb backend

“Twitter”in baş direktoru İlon Mask ABŞ seçkilərində heç bir namizədi dəstəkləməyəcəyini bildirib.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, o, bu barədə Londonda keçirilən CEO Şurasının sammitində danışıb.

Çıxışı zamanı qarşıdan gələn ABŞ seçkilərinə toxunan İlon Mask deyib ki, heç bir namizədi dəstəkləməyi planlaşdırmır, lakin əksər amerikalılar kimi o da olduqca normal bir insanın ABŞ-ın yeni prezidenti olmasını istəyir.

Mask Florida ştatının qubernatoru Ron Desantisin ABŞ prezidentliyinə namizədliyini “Twitter” vasitəsilə açıqlayacağını deyib. Mask və Desantis tədbirdə birlikdə olacaqlar. Lakin milyarder bildirib ki, tədbirin bir yerdə keçirilməsi onun Desantisi dəstəkləməsi demək deyil. 

QAZİLER.AZ

Diaspora