“Qərbdəki rəqiblərimiz tərəfdaşlarımıza müxtəlif vədlər verir və şantaj etməyə çalışırlar”.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunda çıxış edərkən deyib.
Avropa Birliyinin aparıcı iqtisadiyyatlarının bu il daralmasının gözlənildiyinə diqqət çəkən Putin: “Qlobal iqtisadiyyat və ticarətdəki böyük böhranlara, əhəmiyyətli geosiyasi risklərə baxmayaraq, Avrasiya İqtisadi İttifaqının iqtisadiyyatı 2022-ci ildə cəmi 1,6 faiz azalıb” deyib.
QAZİLER.AZ