“Apple”a rekord pul cəza verilə bilər

“Apple”a rekord pul cəza verilə bilər backend

“Apple”a qarşı 13 milyard avroluq vergi iddiası Ədalət Məhkəməsində müzakirə edilməyə başlanıb.

Belə ki, Aİ Komissiyası “Apple”ın 13 milyard avrodan çox vergi borcunu ləğv edən aşağı məhkəmə qərarında hüquqi səhvlərə yol verildiyini iddia edir.

Hüquq mübarizəsi nəticəsində “Apple”ın İrlandiyaya 13 milyard avro vergi ödəyib-ödəməyəcəyi bəlli olacaq.

Qeyd edək ki, 2016-cı ildə Aİ Komissiyası ABŞ-da yerləşən “Apple”ın Avropadakı fəaliyyəti üçün İrlandiyada yaradılmış şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı 3 illik araşdırmasını başa çatdırıb. Şirkətin İrlandiyada tətbiq etdiyi vergi tətbiqlərinin AB qaydalarına zidd olduğuna qərar verən Aİ Komissiyası 2003-2014-cü illər üçün “Apple”dan 13 milyard avro və faiz toplamaq qərarına gəlib.

QAZİLER.AZ

Diaspora