Süni zəka “Google” və “Amazon” kimi şirkətləri məhv edə bilər – Bill Qeyts

Süni zəka “Google” və “Amazon” kimi şirkətləri məhv edə bilər –  Bill Qeyts backend

“Microsoft”un həmtəsisçisi Bill Qeyts son vaxtlar populyarlaşan süni intellekt texnologiyalarından danışıb.

Daha əvvəl süni intellektin son illər kəşf olunan ən mühüm texnoloji irəliləyiş olduğunu söyləyən Qeyts, indi də şəxsi köməkçilərin əhəmiyyətindən danışıb.

Qeyts insanlar üçün bəzi tapşırıqları yerinə yetirə biləcək "şəxsi rəqəmsal köməkçi" hazırlayacaq şirkətin süni intellekt yarışında böyük ehtimalla qalib gələcəyini söyləyib.

Bu texnologiyanın insan davranışlarını kökündən dəyişdirəcəyini iddia edən Qeyts bunları deyib:

Şəxsi asistanı kimin qazanmasından asılı olmayaraq, bu, böyük bir iş olacaq. Çünki bir daha “Google” kimi axtarış sistemlərinə girməyəcəksiniz. Bir daha “Amazon”a baş çəkməyəcəksiniz”.

QAZİLER.AZ

Diaspora