Almaniyada səsvermə hüququndan istifadə edən məşhur müğənni Tarkan ikinci tur üçün çağırış edib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Almaniyada yaşayan meqa star həyat yoldaşı Pınar Dilek Tevetoğlu ilə birlikdə səs verib.
Səs verərkən çəkilən fotolarını sosial media hesabında paylaşan Tarkan şərhdə bunları yazıb:
“Mən səsimi verdim, siz də verin. Hamımız üçün ən yaxşısı, ən xeyirlisi olsun!”
Qeyd edək ki, Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkiləri üçün xaricdə olan vətəndaşların səsvermə müddəti bu gün başa çatıb.
QAZİLER.AZ