1950-2019-cu illər arasında ABŞ-ın İllinoys ştatında 1997 uşağın 451 katolik din xadimi tərəfindən cinsi istismara məruz qaldığını aşkarlayıb.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, ştatın baş prokuroru dəhşətli hadisə ilə bağlı açıqlama verib.
Baş prokuror Kvame Raul bildirib ki, 100 mindən çox sənəd və minlərlə yepiskopun faylları nəzərdən keçirilib: “Kilsənin 600-dən çox üzvü ilə gizli təmaslar qurulub. Onlar 451 din xadiminin adlarını və onlar haqqında ətraflı məlumatları təqdim ediblər”.
QAZİLER.AZ