"Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil" - Stoltenberq

"Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil" -  Stoltenberq backend

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yayılan şayiələrə cavab verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı Stoltenberq Brüssel Forumunun tədbirində iştirak edərkən danışıb:

“Müharibənin ortasında NATO-ya daxil olmaq bizim gündəmimizdə deyil”.

Müharibənin Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdırıb-asanlaşdırmadığı sualına Stoltenberq belə cavab verib:

"Həm bəli, həm də yox. Düşünürəm, hər kəs bilir ki, Ukrayna müharibənin ortasında olanda NATO-ya daxil olmaq bizim gündəmimizdə deyildi. Məsələ bu da deyil. Məsələ daha çox müharibə bitəndə nə olacağı ilə bağlıdır”.

QAZİLER.AZ

Diaspora