İraqın paytaxtı Bağdadda baş verən güclü partlayış nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, minalanmış avtomobil paytaxtın şərq hissəsində partladılıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.Qeyd edək ki, ötən ay İraqda baş verən terror aktları nəticəsində 1 300-dən artıq insan ölüb, 1 800-ü yaralanıb.