Avstriyada nasist lideri Adolf Hitlerin doğulduğu ev polisə insan haqları mövzusunda təlim keçmək üçün istifadə olunacaq.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Avstriyada nasist lideri Adolf Hitlerlə bağlı diqqətçəkən qərar qəbul edilib.
Hitlerin 1889-cu ildə doğulduğu evdə polis təlimi keçəcək.
Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau Am Inn-dəki ev polis əməkdaşlarına insan haqları üzrə təlimlər keçirmək üçün istifadə olunacaq.
Hökumətin uzun mübahisədən sonra keçən il aldığı binada təmir işlərinin payızda başlayacağı gözlənilir.
Hökumətin evlə bağlı planları ölkədə müzakirə obyektinə çevrilib. Bəzi avstriyalılar evin neonasistlər üçün mərkəzə çevrilməməsi üçün sökülməsini istəyir, digərləri isə sökülmənin Avstriyanın keçmişinin inkarı olacağını iddia edir.
Digər qrup isə deyir ki, ev xeyriyyə məqsədi ilə istifadə olunmalıdır.
Avstriya hökuməti ifrat sağçı ekstremistlərin evə gəlməsinin qarşısını almaq üçün evi keçmiş sahibi Gerlinde Pommerdən icarəyə götürüb.
Ev uzun müddətdir xeyriyyə təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün gündüz sığınacaq mərkəzi kimi istifadə olunurdu.
Hökumət daha sonra 2016-cı ildə evin 800.000 avroya müsadirə edilməsinə icazə verən qanun qəbul etdi və satın alındıqdan 3 il sonra Daxili İşlər Nazirliyi 17-ci əsrə aid evin polis bölməsinə çevriləcəyini açıqladı.
QAZİLER.AZ