Türkiyənin Tunceli vilayətində keçirilən antiterror əməliyyatı zamanı üç PKK fəalı məhv edilib. APA TV-nin məlumatına görə, məhv edilən terrorçular arasında "Baran Dersim" ləqəbli İsmayıl Aydəmir də var. O, PKK-nın bölgə üzrə məsul şəxsidir.
Tunceli vilayətində havadan dəstəklə antiterror əməliyyatı davam edir.Tunceli valiliyinin məlumatına görə, atışma zamanı yaralanan iki PKK-çı qaçmağa müvəffəq olub.
Ötən axşam Tuncelidə PKK üzvləri polis maşınına hücum ediblər. Hücum nəticəsində iki polis əməkdaşı yaralanıb.
Bundan başqa, axşam saatlarında bir terrorçu polis məntəqəsinə gələrək, təslim olub.