İndi Ukrayna ilə Rusiya arasında ciddi danışıqların perspektivi yoxdur. Kreml rəhbəri Vladimir Putin ordusundakı itkilərə biganədir.
Qaziler.az bildirir ki, bunu RBC-Ukraynaya müsahibəsində ABŞ-ın Ukraynadakı keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
Rusiya diktatorunun davranışını təhlil edən Volker qeyd edib ki, Putin müharibəni bitirmək niyyətində deyil.
"Düşünürəm ki, Vladimir Putin müharibəni dayandırmayacaq, onun dediklərinə qulaq asın, özünü necə apardığına, nə etdiyinə baxın. Onun üçün nə qədər rusiyalının ölməsinin əhəmiyyəti yoxdur. O, müharibəni davam etdirəcək”, - ABŞ-ın Ukraynadakı keçmiş xüsusi nümayəndəsi qeyd edib.
Onun fikrincə, ölkələr arasında danışıqlar perspektivləri yalnız rus qoşunları üzərində tam qələbədən sonra yarana bilər.
"Sonra, məncə, sülh müqaviləsi bağlamağın bir yolu ola bilər. Ancaq əvvəlcə onları məğlub etmək lazımdır", - deyə Volker qeyd edib.
QAZİLER.AZ