Fransada 15 yaşdan kiçik uşaqların internetdən istifadəsi məhdudlaşdırılacaq.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, nifrətlə mübarizəni aktivləşdirmək istəyən bu Avropa ölkəsi kritik qanun layihəsini təsdiqləyib. Uşaqların sosial media hesabları valideynlərin icazəsinə bağlı olacaq.
Fransa 15 yaşdan kiçik internet istifadəçiləri üçün radikal addım atmağa hazırlaşır.
Senatda qəbul edilən qanun layihəsinə görə, 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyata alınması valideynlərin razılığını məcburi edir. Məqsəd nifrətlə mübarizə aparmaqdır.
Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.
Qaydalara riayət etməyən platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər.
Qanun layihəsi ilə sosial media platformaları sosial mediada zorakılığın qarşısının alınması üçün mesajlar dərc edəcək.
QAZİLER.AZ