Nyu-Yorkda "Türk Evi"nə basqın edən şəxsin türk olduğu ortaya çıxdı

Nyu-Yorkda "Türk Evi"nə basqın edən şəxsin türk olduğu ortaya çıxdı backend

Mayın 22-nə keçən gecə Nyu-Yorkda "Türk Evi"nə dəmir lomla kimin hücum etdiyi məlum olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Ciner Media" Qrupunun ABŞ nümayəndəsi Əli Çınarın əldə etdiyi məlumata görə, basqın edən şəxsin  türk olduğu açıqlanıb, lakin onun tutulub-tutulmadığına dair hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, mayın 22-də səhər saat 03:14-də naməlum şəxs Nyu Yorkda yerləşən "Türk Evi"nin aşağı mərtəbəsində bəzi pəncərələri dəmir lomla sındırıb.

Hücumdan sonra "Türk Evi" ətrafında təhlükəsizlik zolağı çəkən Nyu York polisi hadisə ilə bağlı araşdırma başladıb..

"Ciner Media"nın ABŞ nümayəndəsi Əli Çınarın əldə etdiyi məlumata görə, hücum edənin  türk olduğu üzə çıxıb. Hücumçunun tutulub-tutulmaması ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

QAZİLER.AZ

Diaspora