İspaniya "qırıcı koalisiyaya" qoşulmayacaq, çünki F-16-ları yoxdur - Müdafiə naziri

İspaniya "qırıcı koalisiyaya" qoşulmayacaq, çünki F-16-ları yoxdur -  Müdafiə naziri backend

İspaniyanın müdafiə naziri Marqarita Robles çərşənbə axşamı ukraynalı pilotlara F-16 qırıcılarında təlim keçmək və ya onların çatdırılmasını istisna edib, çünki İspaniya aviasiyasının özündə bu təyyarələr yoxdur.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki,  Robles çərşənbə axşamı Aİ müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlərə bu barədə bildirib.

Nazir vurğulayıb ki, İspaniyanın mövqeyi “Ukraynaya öz imkanları daxilində tam və birmənalı dəstəkdir”.

“Hər kəs bilir ki, bizdə F-18 var, bizdə EuroFighter var, F-16-larımız yoxdur və buna görə də nə təchizat, nə də təlim mümkün olmayacaq”, - o deyib.

QAZİLER.AZ

 

Diaspora