Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun ciddi xəstəliyi yoxdur və ölmək fikrində deyil.
Qaziler.az bildirir ki, bu barədə teleqramda məlumat verilib.
"Kimsə mənim ölməyə hazırlaşdığımı düşünürsə, sakitləşin. Bu, messencerlərdə və Telegram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus, yoxsa nə var idi? Adenovirus. Heç nə", - Lukaşenko səhiyyə ilə bağlı aktual məsələlərə həsr olunmuş görüşdə deyib.
Diktator onu da əlavə edib ki, guya Moskva, Qrodno və Qomelə səfərləri səbəbindən müalicə olunmaq imkanı olmayıb, ona görə də xəstəlik irəliləyib.
“Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, - deyə o, Belarus məmurlarına müraciət edərək əlavə edib.
QAZİLER,AZ