Almaniya kansleri Olaf Şolts əmindir ki, Rusiya Ukraynaya qarşı müharibədə məğlub olacaq, Kiyev isə qələbədən sonra Avropa Birliyinə üzv olacaq.
"Evropeyskaya Pravda" "Spiegel"ə istinadən xəbər verir ki, bunu Şolts Almaniya Sosial Demokrat Partiyasının 160 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirib.
“Vladimir Putinin imperialist dəliliyi ilə yaratdığı qitəmizin tarixinin acı səhifəsi azad Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi daxil olması ilə yekunlaşacaq”, - Şolts bildirib.
QAZİLER.AZ