Qannuşi edam edilə bilər

Qannuşi edam edilə bilər backend

Tunis parlamentinin keçmiş sədri və Ənnahda Hərəkatının lideri Rəşid əl-Qannuşinin vəkili bildirib ki, bir aydan artıqdır həbsdə olan müvəkkili ölüm cəzası ilə nəticələnə biləcək 9 müxtəlif iş üzrə mühakimə olunur.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ənnahda Hərəkatının lideri Qannuşinin müdafiə komandası paytaxt Tunisdə mətbuat konfransı keçirərək onun müştərilərinin vəziyyəti ilə bağlı məlumat verib.

Qannuşinin səhhətinin yaxşı olduğunu və həbsxanada həkim nəzarətində olduğunu bildirən vəkili Tariki, "Qannuşiyə qarşı irəli sürülən ittihamlar dövlətin strukturunu dəyişməyə yönəlmiş ittihamlardır. Müvəkkilim 9 fərqli iş üzrə mühakimə olunur, bu da ola bilər ki,  ölüm hökmü ilə nəticələnsin", - deyə bildirib.

QAZİLER.AZ

 

 

Diaspora