Reznikov başqırdlara: “Adamlarınızı Ukraynadan çıxarın”

Reznikov başqırdlara:  “Adamlarınızı Ukraynadan çıxarın” backend

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov başqırdlara müraciət edərək onları Ukraynada müharibəni dayandırmağa çağırıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, ukraynalı nazir bu müraciəti öz “Facebook” səhifəsində yazıb.

Başqırdıstan Respublikası Ukraynadakı müharibədə Rusiya Federasiyasının regionları arasında itkilərinə görə lider ölkələrdən biridir. O, Başqırdıstanda minlərlə kişinin öldüyünü və ya şikəst qaldığını vurğulayıb. Reznikov qeyd edib ki, respublikanın hakimiyyət orqanları “şəxsi mənfəətlərini düşünərək və Kremlin maraqları üçün öz adamlarını ölüm yarışına göndərirlər.

"Başqırd xalqı üçün olan problemləri və təhlükələri sadalasanız, deməli, onların heç birinin səbəbi Ukrayna və ya ukraynalılar deyil. Bütün səbəblərin kökü Moskva və Ufadadır", - Reznikov vurğulayıb.

QAZİLER.AZ

Diaspora