İspaniya ruslara “qızıl viza” verib

İspaniya ruslara “qızıl viza” verib backend

Avropa Parlamentinin üzvləri Aİ-nin bu ölkələrin vətəndaşlarına qarşı sanksiya rejimi ilə bağlı tələblərindən yan keçərək ruslara və belaruslara “qızıl viza” verməkdə şübhəli bilinərək İspaniyanı yoxlamağa çağırıblar.

Qaziler.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bir qrup parlamentari Avropa Komissiyasına “İspaniya hakimiyyəti investisiya üçün yaşayış icazəsi almaq sxemi üzrə Rusiya vətəndaşlarına “qızıl viza” verməkdə davam edir” müraciəti göndərib.

“2017-2022-ci illər arasında İspaniya 14/2013 saylı Qanuna uyğun olaraq yaşayış icazəsi müqabilində Rusiya vətəndaşlarından 3,400 milyon avro investisiya alıb. İspaniya hökuməti rəsmi olaraq Avropa Komissiyasının Rusiya və ya Belarusdan olan investorlara yaşayış icazələrinin verilməsinin dayandırılması ilə bağlı 2022-ci ilin martında tövsiyəsini yerinə yetirməyə razılaşıb”, məlumatda yer alıb.

QAZİLER.AZ

Diaspora