Argentinanın cənubundakı Pataqoniya bölgəsində işlərini davam etdirən paleontoloqlar 30 metr uzunluğunda yeni bir dinozavr növü aşkar ediblər.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, aşkar edilən dinozavr növlərinin sümükləri çox böyük olduğu üçün onları laboratoriyaya aparan furqon aşıb.
Açıqlamada kəşf edilən dinozavrın 100,5 milyon ilə 66 milyon il əvvəl yaşadığı bildirilib.
Adətən böyük dinozavr qruplarını Spinosauridlər təşkil edir ki, onlar da iki ayağı üzərində dayanan ət yeyən heyvanlardır.
Onların Avropada yarandığı, daha sonra Afrika və Asiyaya köç etdiyi güman edilir.
QAZİLER.AZ