Burkina-Faso prezidenti Fransa səfirliyində gizləndi

Burkina-Faso prezidenti Fransa səfirliyində gizləndi backend

Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando Fransa səfirliyində sığınacaq tapıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın Burkina-Fasodakı səfiri Jil Tibo bəyan edib.

“Prezident Kafandonun icazəsi ilə təsdiq edirəm ki, o, həqiqətən Fransa səfirliyinin ərazisindədir”, səfir özünün Twitter-dəki səhifəsində yazıb.

Bundan əvvəl Mişel Kafando ev dustağı edilmişdi. Sentyabrın 17-də bir qrup hərbçi Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını və müvəqqəti hökumətin buraxıldığını bəyan etmişdilər. Burkina-Fasonun keçid parlamentinin sədri Şərif Say ölkədə dövlət çevrilişinin baş verdiyini və xalqı qiyamçılara qarşı çıxış etməyə çağırmışdı.

Son 4 gün ərzində Burkina-Fasoda baş verən toqquşmalarda azı 10 nəfər ölüb, 100-dən çoxu yaralanıb.
Diaspora