"Nəhayət, ukraynalı pilotlar üçün "F-16" təlimlərinin başlamasına sevinirəm".
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borell ukraynalı pilotların Rusiya qüvvələrinə qarşı təlimindən danışarkən deyib. O qeyd edib ki, təlimlərin keçirildiyi ölkələrdən biri Polşadır.
Aİ rəsmisi bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olacağını söyləyib.
Ötən həftə Yaponiyada keçirilən G7 sammitində "F-16" döyüş təyyarələrinin Ukraynaya çatdırılması üçün şərait yaradılıb. İclasda əsas gündəm Ukraynanın tələb etdiyi silah-sursat dəstəyinin sürətləndirilməsi olub
Ukrayna əsgərlərinin təlimi də gündəm olub. Aİ rəsmiləri indiyədək 15 min Ukrayna əsgərinin təliminin başa çatdığını və bunu 20 minə çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
QAZİLER.AZ