Çeçenistan rəhbəri Ramzan Kadırov bütün çeçen döyüşçüləri kimi xüsusi hərbi əməliyyatlar zamanı saqqal buraxdığını deyib.
Qaziler.az “nyus.ru”ya istinadla bildirir ki, bu barədə “Telegram” kanalında qeyd edib. O bunu “satanistlərə qarşı müqəddəs cihad” adlandırıb.
“Mən prezidentimizə izah etdim ki, saqqalımı xüsusi əməliyyatlar (Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni belə adlandırır) müddətində buraxmışam. Bütün döyüşçülərimiz bunu edir, çünki müdafiəçi olaraq bizim üçün bu, təkcə Vətən qarşısında borcumuz deyil, həm də dini dəyərlərə və sağlam cəmiyyətin ənənəvi institutlarına təcavüz edən satanistlərə qarşı müqəddəs cihaddır”, - Kadırov deyib.
QAZİLER.AZ