Britaniyalı aktyor Rey Stivenson İtaliyada çəkiliş zamanı dünyasını dəyişib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Mayın 20-də Stivenson özünü pis hiss edib və İskiya adasındakı xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində onun vəziyyəti yaxşılaşmayıb. Onun 58 yaşı olub.
Sənətçinin ölümünün dəqiq səbəbi açıqlanmayıb.
2023-cü ilin avqustunda britaniyalı sənətçinin oynadığı “Ulduz Döyüşləri”nin davamı olan “Asoka” serialının premyerası olacaq.
QAZİLER.AZ