El Nino isti hava dalğası ilə dünya iqtisadiyyatına 3 trilyon dollarlıq zərbə vuracağı gözlənilir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bunun nəticəsində epidemiyalar arta və çoxlu sayda ölümlər baş verə bilər.
Sakit Okeanın mərkəzi və şərq hissəsində dəniz səthinin orta temperaturunun qeyri-adi artması nəticəsində yaranan “El Nino” daha çox Afrika, Asiya, Sakit okean və Mərkəzi və Cənubi Amerika ölkələrini əhatə edir.
“El Nino” yaratdığı istiləşmənin təsiri ilə qasırğalara, güclü yağışlara, daşqınlara, quraqlıqlara, yanğınlara və kənd təsərrüfatı məhsullarının itkisinə səbəb olur. Odur ki, “El Nino” isti dalğası ilə 2029-cu ilə qədər dünya iqtisadiyyatına 3 trilyon dollarlıq zərbə vuracağı gözlənilir.
Ümumdünya Meteorologiya Təşkilatının bu həftəki xəbərdarlığında deyilir ki, builki "El Nino" iqlim dəyişikliyi ilə birlikdə qlobal temperaturu rekord həddə çatdıra bilər.
Hər iki və yeddi ildən bir dövri olaraq geri qayıdan El Nino-nun bu ilin may-iyul ayları arasında inkişafı gözlənilir.
QAZİLER.AZ