Niderland tezliklə F-16-da ukraynalı pilotların təliminə başlayacaq

Niderland tezliklə F-16-da ukraynalı pilotların təliminə başlayacaq backend

Niderland hökuməti yaxın vaxtlarda ukraynalı pilotlara F-16 qırıcıları üzrə təlimlərə başlamağa hazırdır.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hoekstra deyib.

O, hələlik ukraynalı pilotların hazırlığının konkret tarixi və ya başlama vaxtını açıqlamaq istəmir. Hələlik o, bu məsələ ilə bağlı Aİ həmkarları ilə məsləhətləşmələr aparmağı planlaşdırır.

"Lakin həmişə belə olub ki, biz fundamental qərar qəbul etdikdən sonra  çox sürətlə icraya başlayırıq", - nazir əlavə edib.

QAZİLER,AZ

Diaspora