Krıma hücum Rusiya torpaqlarına hücumdur - Səfir

Krıma hücum Rusiya torpaqlarına hücumdur - Səfir backend

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov G7 Zirvəsi, F-16 və Krımla bağlı açıqlamalar verib. Antonov ABŞ-ın G7 üzvlərini Ukrayna münaqişəsi ilə bağlı siyasətinə tamamilə tabe etdiyini bəyan edib və Krıma mümkün hücumun Rusiya ərazisinə birbaşa hücum kimi qiymətləndiriləcəyini bildirib.

Qaziler.az bildirir ki, Rusiyanın Vaşinqtondakı səfiri Antonov rəsmi Telegram hesabında açıqlama verərək, “Vaşinqton G7 üzvlərini Ukrayna münaqişəsi ilə bağlı tamamilə öz siyasətinə tabe edib. Üstəlik, o, iki mühüm məsələyə yanaşmalarını kəskin şəkildə möhkəmləndirdi. F-16 döyüş təyyarələrinin Kiyev rejiminə təhvil verilməsinə hazırlıqdan və Amerika və digər Qərb silahları ilə Krıma hücumların qeyd-şərtsiz təsdiqindən danışıram", - deyə o, bildirib..

Antonov Krıma qarşı mümkün hava zərbələrinin birbaşa Rusiya ərazisinə hücum kimi qiymətləndiriləcəyini vurğulayıb.

QAZİLER.AZ

Mənbə: Habertürk

 

Diaspora