Almaniya kansleri Olaf Şolts hesab edir ki, Ukraynanın “yaxın gələcəkdə” NATO-ya daxil olması ehtimalı azdır.
Qaziler.az “RBC-Ukraine”ya istinadən xəbər verir ki, o, bu fikri “Welt” nəşrinə müsahibəsində bildirib.
Şoltsdan müharibə bitdikdən sonra Ukraynanın NATO-ya üzvlüyünü nəzəri cəhətdən dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub.
"2008-ci ildə Buxarestdə NATO uzunmüddətli perspektivi formalaşdıran qərarlar qəbul etdi. Hamı başa düşür ki, bu (Ukraynanın NATO-ya daxil olması - red.) yaxın gələcəkdə baş verməyəcək", - o deyib.
Bundan əlavə, Şolts qeyd edib ki, NATO-ya daxil olmaq meyarlarında bir sıra şərtlər var ki, onun fikrincə, Ukrayna hələlik bunları yerinə yetirə bilmir.
Almaniya kansleri əlavə edib ki, gələcəkdə Ukraynanın təhlükəsizliyinə təminat verilməsi və dövlətin nə qədər silahla təmin olunacağı məsələsi qaldırılacaq. Lakin bu barədə danışmaq hələ tezdir.
QAZİLER.AZ