Fransada "kalaşnikov"la hücum: 3 nəfər ölüb

Fransada "kalaşnikov"la hücum:  3 nəfər ölüb backend

Fransanın Marsel şəhərində içərisində 5 nəfərin olduğu avtomobilə silahlı basqın edilib.

Qaziler.az bildirir ki, hücumun "kalaşnikov" tipli silahlarla həyata keçirildiyi və hücumda 3 nəfərin öldüyü bildirilib.


Hücum edənlərin və sağ qalan 2 nəfərin hadisə yerindən qaçdığını bildirən polis hücumu narkotik ticarəti ilə əlaqələndirib.

Polis hücumun hədəfi olan 5 nəfərin şəxsiyyətinin müəyyən edildiyini və onların narkotiklərin çox olduğu kütləvi yaşayış evində yaşadıqlarını açıqlayıb.

Hücum edənlərin tutulması üçün araşdırmalara başlananıb. İndiyədək 5 nəfərin saxlanıldığı bildirilir.

QAZİLER.AZ

Diaspora