Ekofəallar Kann hava limanının işinə mane olmağa cəhd ediblər

Ekofəallar Kann hava limanının işinə mane olmağa cəhd ediblər backend

Ekoloji fəallar Kann kinofestivalının qonaqlarının Fransanın cənubunda axışdığı qəsəbədə şəxsi təyyarələrin tullantılarının havanın çirklənməsinə etiraz edərək, Kann hava limanının aerodromunu bağlamağa cəhd ediblər.

APA-nın məlumatına görə, aksiyada iştirak edən “Extinction Rebellion” hərəkatı şənbə günü “Twitter“ səhifəsində hadisə yerindən fotolar dərc edib.

Fəallar bildiriblər ki, bu yolla ekoloji reallıqdan uzaqlaşmış vətəndaşların “ultra zəngin” həyat tərzinin absurdluğunu göstərməyə çalışıblar. Onların fikrincə, nə hökumət, nə də “ultra varlı” vətəndaşlar iqlim dəyişikliyi ilə mübarizə üçün səy göstərmir. Bu baxımdan hərəkat şəxsi təyyarələrdən imtina etməyə və tez-tez səyahət edənlərə vergi tətbiq etməyə çağırıb.

 

 

Diaspora