Meksikada avtomobil yarışı zamanı atışmada 10 sürücü həlak olub

Meksikada avtomobil yarışı zamanı atışmada 10 sürücü həlak olub backend

Meksikanın Cənubi Kaliforniya ştatında naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində on yarış sürücüsü həlak olub, daha doqquz nəfər yaralanıb.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Meksika Baş Prokurorluğunun bəyanatına istinadən “Fox8” telekanalı məlumat yayıb.

Naməlum şəxslərin Ensenada bələdiyyəsindəki yanacaqdoldurma məntəqəsinə atəş açdığı bildirilir. İlkin məlumatlara görə, boz mikroavtobus yarış iştirakçılarının avtomobillərinin dayandığı yanacaqdoldurma məntəqəsinə yaxınlaşıb və oradan avtomat silahlarla silahlanmış naməlum şəxslər atəş açıb.

Atışma nəticəsində on nəfər hadisə yerində ölüb, daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

 

loading...
Diaspora