AB Rusiyaya qarşı yeni sanksiyalar paketinə dünya üzrə məhdudiyyətlərdən yayınma sübutları olan 90-dan çox şirkəti daxil edəcək.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
AK rəhbəri aydınlaşdırıb ki, bu şirkətlərdən səkkizi Çində qeydiyyatdan keçib, lakin bu o demək deyil ki, şirkət Çinindir.
Leyenin sözlərinə görə, bunlar qismən kağız üzərində mövcud olan şirkətlərdir.