Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.
"Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm", - Bayden qeyd edib.