Rusiya Obamanı ərazisinə buraxmayacaq

Rusiya Obamanı ərazisinə buraxmayacaq backend

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Bayden administrasiyasının sanksiyalarına cavab olaraq 500 ABŞ vətəndaşının ölkəyə girişini qadağan edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə departamentin “Telegram” kanalında bildirilib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama və Ukraynanı silahla təmin edən hərbi sənaye kompleksi şirkətlərinin rəhbərləri də daxil olmaqla, bir çox indiki və keçmiş məmurlar Moskvanın əks tədbirlərindən təsirlənib.

“Bayden administrasiyası tərəfindən mütəmadi olaraq tətbiq edilən anti-Rusiya sanksiyalarına cavab olaraq, 500 amerikalı üçün Rusiya Federasiyasına giriş bağlanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

QAZİLER.AZ

loading...
Diaspora