G7 liderlərinin görüşündə Bayden pilləkənlərdə yenə bir neçə dəfə büdrədi - VİDEO

G7 liderlərinin görüşündə Bayden pilləkənlərdə yenə bir neçə dəfə büdrədi - VİDEO backend

Daily Mail: Xirosimada G7 liderlərinin görüşündə Bayden yenidən pilləkənlərdə bir neçə dəfə büdrədi

Qaziler.az bildirir ki, ABŞ prezidenti Co Bayden Yaponiyada keçirilən sammitdə G7 ölkələrinin liderləri üçün təşkil edilən tədbirlərdən biri olan Xirosimadakı İtsukushima məbədini ziyarət edərkən pilləkənlərdə yenidən bir neçə dəfə büdrəyib. Həmin anın videosu mayın 19-da Britaniyanın Daily Mail tabloidinin saytında yayılıb.

Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşə tələsən Amerika lideri hər addımda sözün əsl mənasında büdrəyərək məbədin pilləkənləri ilə enib. Bununla belə, o, tarazlığını saxlamaq üçün mübarizə aparıb və yıxılmayıb.

QAZİLER.AZ

 

Diaspora