Polşa Pekini Rusiyaya təzyiq göstərməyə çağırıb

Polşa Pekini Rusiyaya təzyiq göstərməyə çağırıb backend

Varşava Polşa xarici işlər nazirinin müavini Voyçex Qervellə Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey arasında keçirilən görüşdən sonra Çini Rusiya Federasiyasına təzyiq göstərməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna The Guardian-a istinadən yazır.

Polşa xarici işlər nazirinin müavininin sözlərinə görə, Varşava ümid edir ki, Çin “Rusiyaya beynəlxalq hüquq prinsiplərinə qayıtmaq üçün təzyiq göstərəcək və Rusiyanın təcavüzünü pisləyəcək”.

O, həmçinin qeyd edib ki, Polşa heç vaxt Ukraynanın Rusiyanın qeyri-qanuni olaraq işğal etdiyi hissəsini Rusiya ərazisi kimi tanımayacaq.

QAZİLER.AZ

Diaspora