Bayden F-16-ların Ukraynaya ixracını təsdiqləməyə hazırdır, lakin bir şərt var - CNN

Bayden F-16-ların Ukraynaya ixracını təsdiqləməyə hazırdır, lakin bir şərt var -  CNN backend

ABŞ Ukraynaya F-16 qırıcılarının ixracına icazə verməyə hazırdır. Ancaq təyyarənin təhvil verilməsi qərarı müttəfiqlər tərəfindən qəbul edilərsə bu, baş tuta bilər.

Qaziler.az bildirir ki, bu barədə CNN-ə istinadən xəbər verir.

Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası “Rusiyanın Ukraynaya hücumlarının intensivləşməsi ilə əlaqədar ABŞ Konqresinin nümayəndələri və müttəfiqlərinin böyük təzyiqləri fonunda” belə bir qərar qəbul etməyə hazırdır.

Bununla belə, CNN-in məlumatına görə, ABŞ rəsmiləri müttəfiqlərinin F-16-ların ixracı ilə bağlı hər hansı rəsmi müraciətindən xəbərsizdirlər.

QAZİLER.AZ

 

 

Diaspora