Rusiyanın Saratov vilayətində təqaüdçü İK-10 məhbuslarına içərisində həşiş olan mürəbbə verməyə cəhd edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Saratov vilayətində 63 yaşlı təqaüdçü qadın koloniya məhbuslarına (İK-10) içində narkotik olan mürəbbə ötürməyə cəhd edib.
Bu barədə Lenta.ru-ya Federal Penitensiar Xidmətin mətbuat xidmətindən məlumat verilib.
İdarədən verilən məlumata görə, qadın koloniyaya on bağlama meyvə mürəbbəsi verib, lakin "Ançar" adlı xidmət itiı qadağan olunmuş maddələrin iyini hiss edib. Sonra əməkdaşlar bağlamlara baxış keçirərkən orada 61 bükülü həşiş aşkar ediblər.
Ekspertiza bağlamalarda 19 qram narkotik maddə olduğunu təsdiqləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ