"Titanik"in ən aydın görüntüləri yayımlandı - VİDEO

"Titanik"in ən aydın görüntüləri yayımlandı - VİDEO backend

Dünya tarixinin ən böyük dəniz fəlakətlərindən biri olan və batan ən böyük gəmilərdən biri "Titanik"in qalıqlarının ən aydın görüntüləri yayımlanıb.

Dünya tarixinin ən ağrılı dəniz fəlakətlərindən biri 1912-ci ilin aprelində aysberqə çırpılaraq Atlantik okeanının dibinə batmış “Titanik” gəmisinin batması olub.

Dünyada bir çox roman və filmlərə mövzu olan “Titanik” gəmisinin qalıqları ilk dəfədir ki, bu qədər aydın görünür.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 3800 metr dərinlikdə basdırılan gəminin 3D təsviri yaradılıb.

Xəritəçəkmə şirkəti "Magellan" və sənədli film şirkəti "Atlantic Productions" tərəfindən 700.000 fotoşəkili birləşdirərək ərsəyə gətirdiyi şəkillərin qəza ilə bağlı yeni məlumatları ortaya çıxaracağı gözlənilir.

Tədqiqata rəhbərlik edən Gerhard Seiffert verdiyi açıqlamada bunun onun indiyə qədər həyata keçirdiyi ən böyük sualtı dərinləşdirmə layihəsi olduğunu bildirib.

"Qırıntılar demək olar ki, 4000 metr dərinlikdədir, bu, çətinlik törədir. Eyni zamanda, ərazidə cərəyan var və  gəminin qalıqlarına zərər verməmək üçün heç nəyə toxunmursunuz", - Seyffert bildirib.

İngiltərənin Sauthempton şəhərindən Nyu-Yorka gedən gəminin toqquşması nəticəsində 1514 nəfər həyatını itirib.

Gəminin qalıqları 1985-ci ildə tapılıb və qəza ən böyük dəniz fəlakətlərindən biri kimi tarixə düşüb.

QAZİLER.AZ

 

 

Diaspora